...

DGK-da xüsusi inteqrasiya olunmuş mərkəz yaradılıb (FOTO)

Telekommunikasiya Materials 18 Aprel 2023 12:50 (UTC +04:00)
DGK-da xüsusi inteqrasiya olunmuş mərkəz yaradılıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsində pilot rejimində xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları üçün xüsusi inteqrasiya olunmuş mərkəz yaradılıb.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin əməkdaşı Nurlan Hüseynli deyib.

Onun sözlərinə görə, Mərkəzin məqsədi vətəndaşların müraciətlərinə cavab verilməsi prosesinin effektivliyini artırmaqdan, xidmətlərin şəffaflığı, əlçatanlığı və rəqəmsallaşmasının təmin edilməsindən ibarətdir.

"Bütün xidmətlər "vahid pəncərə" prinsipi üzrə elektron növbə sistemi əsasında göstərilir. Buraya bəyannamələrin doldurulması, müvafiq gömrük yığımlarının ödənilməsi, sənədlərin rəsmiləşdirilməsi və informasiya xidməti daxildir. Həmçinin digər dövlət müəssisələri ilə əlaqədar tranzaksiyaların həyata keçirilməsi də mümkündür. Bunların arasında Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) var", - o deyib.

Mərkəzdə vətəndaşlar üçün aşağıdakı şəraitin yaradıldığı qeyd olunub: gözləmə zalı, vətəndaşlar tərəfindən istifadə üçün nəzərdə tutulan kompüter və printer, gömrük ödənişləri üçün ödəniş terminalları, müvafiq informasiya lövhələri, gömrük əməliyyatlarının aparılması üçün elektron terminal, gömrük rəsmiləşdirməsini həyata keçirən gömrük orqanının işçisi ilə operativ əlaqə üçün telefon aparatları.

"Tətbiq olunmuş yenilik gömrük rəsmiləşdirməsi prosesini çevik şəkildə həyata keçirməyə və XİF iştirakçılarının vaxta qənaət etmələrinə imkan yaradacaq. Eyni zamanda vətəndaş müraciətlərinin vahid bazası yaradılacaq ki, bu da məlumatların emalı və təhlili, məqsədlərin düzgün müəyyən edilməsi və xidmətlərin səmərəliliyinin ölçülməsi baxımından vacibdir", - deyə N.Hüseynli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti