Bakı. Trend:
Azərbaycan rəqəmsal identifikasiyanın istifadəsi üzrə aparıcı ölkədir.
Trend çərşənbə günü xəbər verir ki, bunu "B.EST Solutions" şirkətinin baş direktoru və təsisçisi Yana Krimpe Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
Krimpe Azərbaycanın bu sahədəki uğurlu təcrübəsinin öyrənildiyini qeyd edib.
"Azərbaycan rəqəmsal identifikasiyanın istifadəsi üzrə aparıcı ölkədir. Biz paytaxtda və ölkənin bölgələrində 2 mindən çox elektron xidmət təqdim edirik", - o deyib.
Krimpe əsas fokusun kənd yerində və ya paytaxtda yaşamasından asılı olmayaraq bütün insanların əhatə olunmasıdır.
"Ucqar yerlərdə əlçatan olacaq rəqəmsal identifikasiyanın və elektron imzanın yaradılması üzərində çalışırıq", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)