...

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparır (ÖZƏL)

Telekommunikasiya Materials 7 İyun 2023 12:22 (UTC +04:00)
Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparır (ÖZƏL)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparırlar.

Bu barədə Trend-ə Starlinkin kommunikasiyalar üzrə meneceri Asnid Amir deyib.

Onun sözlərinə görə, bütün ölkə ərazisində artıq peyk əhatəsi əlçatandır.

"Hazırda peyk interneti xidmətlərinin göstərilməsi üçün lisenziyaların alınması üzrə işlər aparılır. Ümumi razılıq əldə olunduqda Azərbaycanda bu xidməti işə sala bilərik", - o deyib.

Qeyd edək ki, mayın 9-da Azərbaycan Kosmik Agentliyi və ABŞ-nin "SpaceX" korporasiyası əməkdaşlıq sazişi imzalayıblar. Bu əməkdaşlıq Azərbaycanın ən ucqar rayonlarında belə yüksəksürətli internetə çıxışı təmin edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti