Bakı. Trend:
"Twitter" mikrobloq xidməti gündə oxuna bilən tvitlərin sayına məhdudiyyətlər tətbiq edib
Trend xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask özünün "Twitter" səhifəsində yazıb.
İ.Mask təsdiqlənmiş hesabların gündə 10 000, təsdiqlənməmiş hesabların 1000, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 500 mesaj oxuya biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, məhdudiyyətlər “məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması” səbəbindən tətbiq edilib.