...

ASUS ExpertCenter E5 AiO 27 monobloku - biznesiniz üçün qabaqcıl həll

Telekommunikasiya Materials 19 Mart 2024 15:09 (UTC +04:00)
ASUS ExpertCenter E5 AiO 27 monobloku - biznesiniz üçün qabaqcıl həll
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

ASUS istifadəçilərinin bütün seqmentlərinin istəklərini yerinə yetirməyə davam edərək, bu dəfə monoblok həvəskarlarını yeni ExpertCenter E5 AiO 27 ilə sevindirmək qərarına gəlib.

Monitorun 27 düymlük diaqonalı öz növbəsində ondan müxtəlif ssenarilərdə istifadə etmək şansı verir.

Maksimum ekran məkanından istifadəyə imkan verən incə NanoEdge çərçivəli displey yüksək keyfiyyətli Full-HD rezolyusiyaya malikdir. Bu isə ExpertCenter E5 AiO 27 sahibinə ondan geniş spektrə malik məsələlərin həlli üçün istifadə etmək imkanı verir. Monoblok Dolby Atmos effektlərini dəstəkləyən keyfiyyətli audio sisteminə, həmçinin, süni intellekt əsasında səsboğucu xüsusiyyətə malikdir.

Ənənəvi monoblok formatında komponentlərdən gözləntilər bir qayda olaraq, yüksək olmur. Lakin ASUS kompakt ölçüləri və güclü içliyi bir bütünün içərisində yerləşdirməyə davam edir.

Belə ki, yeni ExpertCenter E5 AiO 27 monoblokunda yüksək məhsuldarlığa malik 14-cü nəsil Intel i5 və i7 prosessorları mövcuddur.

Güclü prosessorlar bir o qədər dözümlü olan, 64 qiqabayta qədər həcmə malik, ikikanallı DDR5 operativ yaddaşı ilə müşayiət olunur. Məlum olduğu kimi, iki kanal əksər monobloklarda olan bir kanalla müqayisədə daha məhsuldardır, eləcə də, maksimum sürəti təmin edir.

Buna əlavə olaraq, ExpertCenter E5 AiO 27 monobloku hər biri 2 terabaytadək olan iki М2 SSD slota və həmçinin, iki terabaytadək həcmə malik bir sərt diskə malikdir. Bir qədər əvvəl istifadəçilərin əksəriyyəti, ola bilsin ki, monobloklarda məhz hansı yığıcının olduğu ilə xüsusən maraqlanmırdılar, lakin indi hamımız bilirik ki, cihazınızın maksimum sürətlə çalışması üçün М2 SSD sadəcə zəruridir.

Monoblok istifadəçiləri portlarda çatışmazlıqlarla rastlaşmağa öyrəşiblər, lakin ASUS istifadəçiləri üçün birbaşa iki müasir USB-C portu, o cümlədən, Thunderbolt 4, eləcə də birbaşa beş ənənəvi USB-A, LAN portları (həmçinin, ən müasir WiFi 6E standartlarına uyğun simsiz qoşulmaya malikdir) və əlavə olaraq SD kart oxuyucusu təqdim edir.

Eyni zamanda, cihaz tam ölçülü HDMI 2.1 konnektorla təmin olunub ki, bu da cihaza ikinci monitoru, eləcə də, daha möhtəşəm HDMI1.4 konnektorunu qoşmağa imkan verir. Bu isə istifadəçiyə monoblokdan digər cihaz üçün monitor kimi istifadə etmək imkanı verir.

Hamımız bilirik ki, monoblok mükəmməl masaüstü kompyuter məhsuldarlığı əldə etməyə üstünlük verən və eyni zamanda cihaz üçün minimum məkan ayırmaq istəyən istifadəçilər arasında xüsusilə populyardır. Burada ASUS istifadəçi üçün rahat həll yolu - VESA-kronşteyn ilə uyğunluq imkanı - təqdim edir. Bu sayədə cihazı divara bərkitmək mümkündür.

Monoblokun ənənəvi tünd qara rəngli dizaynı zərif və minimalist görünür. Qara rəng peşəkar görünüşü vurğulayır, eləcə də istənilən interyer və iş məkanına uyğun gəlir.

Son olaraq, korporativ sektorun verilənlərin təhlükəsizliyinə marağını nəzərə alaraq, ASUS buna xüsusi diqqət ayırıb. Belə ki, monoblokda şifrə daxil etmədən istifadəçini üzdən tanıyan adaptiv AdaptiveLock bloklaması tətbiq olunur. Bu quraşdırılmış infraqırmızı kamera sayəsində mümkündür. Həmçinin, bu funksiya sayəsində istifadəçi monoblokdan kənarlaşanda cihaz bloklanır. Verilənlərin təhlükəsizliyi ilə yanaşı, ASUS cihazın fiziki oğurlanmasının da qarşısını almaq barədə düşünərək, onu "Kensinqton kilidi" ilə təmin edib.

Detal açıqlamasından göründüyü kimi, minimalist ölçüləri və dizaynı, eləcə də yüksək məhsuldarlığı, funksiyaları və təhlükəsizliyi sayəsində ASUS ExpertCenter E5 AiO 27 monoblokunu böyük fəaliyyət sferası, xüsusən biznes, ofis işi, eləcə də şəxsi istifadə üçün ideal seçim adlandırmaq olar.

ASUS Business

ASUS, texnoloji qurğular yaratmaqla yanaşı, həm də biznes sektoru üçün əla əməkdaşlıq imkanları təklif edir.

Beləliklə, ASUS ilə tərəfdaşlıq sizi çevik təminat proqramlarına sahib olmaq, sürətli geri dönüş edən peşəkar komandaya çıxış imkanı, eləcə də distribüterlərdəki populyar modellərə daimi çıxış imkanı və istəyinizə uyğun olaraq cihaz sifarişi variantları ilə təmin edəcək. Eyni zamanda ASUS artıq resurs sərf etmədən biznesinizi effektiv idarə etmək imkanı verəcək.

Bununla əlaqədar olaraq ASUS Business Manager sizi məhsuldarlığı artırmaq üçün vasitələrlə və kommersiya cihazınızın təhlükəsizliyi ilə təmin edir, idarəetmə və adekvat İT idarəetməsi çatışmayan subyektlərə xidmət proseslərini asanlaşdırır, nəticədə siz öz fəaliyyətinizə fokuslana bilərsiniz.

Əlavə olaraq, ASUS Diagnostic Tool həmçinin işinizi asanlaşdırmaq və cihazla əlaqəli istənilən çətinliklərin sürətli həllini tapmaq məqsədi daşıyır. Belə ki, o cihazın diaqnostikasını həyata keçirir və nöqsanlar aşkarladıqda QR-kodu skan etməyinizə imkanı verilir. Bu isə sizi dəstək səhifəsinə yönləndirir və burada probleminiz tez bir zamanda həll olunacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti