...

Süni intellekt üzrə milli strategiya təsdiqlənmə mərhələsindədir

Telekommunikasiya Materials 6 Aprel 2024 10:22 (UTC +04:00)
Süni intellekt üzrə milli strategiya təsdiqlənmə mərhələsindədir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt üzrə milli strategiya təsdiqlənmə mərhələsindədir.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

"Süni intellekt üzrə milli strategiya hökumət tərəfindən təsdiqlənmə mərhələsindədir. Lakin müzakirələr davam edir", - o deyib.

İ.Vəliyevanın sözlərinə görə, bu istiqamət agentliyin əsas prioritetlərindən biridir.

"Strategiyanın bu il qəbul olunacağına ümid edirəm", - deyə o bildirib.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir. Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və texnoloji həllərin əldə edilməsində köməklik göstərilməsi, ölkədə İKT sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil olunması təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti