...

Mastercard tezliklə Azərbaycanda süni intellektə əsaslanan yeni xidmət platforması təqdim edəcək (ÖZƏL)

Telekommunikasiya Materials 8 İyun 2024 10:05 (UTC +04:00)
Mastercard tezliklə Azərbaycanda süni intellektə əsaslanan yeni xidmət platforması təqdim edəcək (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mastercard tezliklə Azərbaycanda süni intellektə (AI) əsaslanan yeni xidmət platforması təqdim edəcək.

Bu barədə Trend-ə özəl müsahibəsində Mastercard-ın Azərbaycan üzrə regional meneceri Emil Zeynalov deyib.

"Süni intellekt yeni olmaqla yanaşı, həm də çox populyar və sürətlə inkişaf edən tendensiyadır", - deyə Emil Zeynalov qeyd edib.

Onun sözlərinə görə, Mastercard süni intellekti öz texnologiyalarına, o cümlədən Azərbaycan bazarında təqdim olunacaq texnologiyalara inteqrasiya edir.

"Yaxın vaxtlarda istifadəçilərimizə süni intellekt platforması əsasında yeni xidmətlər təklif etməyi planlaşdırırıq. Bu xidmətlər kart əməliyyatlarında kibertəhlükəsizlik, kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizəyə yönəldiləcək və yeni xidmətə hər bir əməliyyat üçün qiymətləndirmə daxil olacaq. Tərəfdaşlarımız əməliyyatların təhlükəsizliyini qiymətləndirmək və kart sahibləri üçün yüksək səviyyədə müdafiəni təmin etmək üçün bu qiymətləndirmədən istifadə edə biləcəklər”, - Emil Zeynalov əlavə edib.

Qeyd edək ki, Mastercard kredit, debet və öncədən ödənişli kartlar daxil olmaqla, maliyyə xidmətləri göstərən beynəlxalq ödəniş sistemidir. O, kart sahiblərinə dünya üzrə milyonlarla satış nöqtələrində nağdsız ödənişlər etmək imkanı verir. Mastercard həmçinin banklara, ticarət qurumlarına və digər maliyyə institutlarına texnoloji həllər təqdim edir. Mastercard kartları bir çox ölkələrdə qəbul edilir və geniş çeşiddə əməliyyatlar, o cümlədən mağazadaxili alış-verişlər, onlayn əməliyyatlar, bankomatlardan nağd pul çıxarılması və digər maliyyə əməliyyatları üçün istifadə olunur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti