...

Smart System Technology İpoteka Fondunda Smart Bank avtomatlaşdırılmış bank sistemini tətbiq edir

Telekommunikasiya Materials 28 Fevral 2006 13:16 (UTC +04:00)

Smart System Technology İpoteka Fondunda Smart Bank avtomatlaşdırılmış bank sistemini tətbiq edir. Bu barədə Trend ə Smart System Technology şirkətindən məlumat verilib. Şirkət fevralın 27-da müvafiq tenderin qalibi olub. Müsabiqədə 3 - Smart, Sinam və Azel şirkətləri iştirak edib.

Oracle IBİS platformasının bazası əsasında azərbaycan dilində yaradılmış Smart Bank avtomatlaşdırılmış bank sistemi 11 moduldan ibarətdir: "Əməliyyat günü", "Kredit", "Qiymətli kağızlar", "Analiz", "Hesabatlar", "Balansdankənar hesabatlar", "Pul köçürmə sistemlərinin yerli və xarici sistemləri ilə avtomatik mübadilə", "Əsas vəsaitlər", "Əmək Haqqı", "Kadrlar" və "Sistemli administrasiya".

Şirkətdən xəbər verilir ki, hazırda razılaşma imzalanmaq üçün hazırlanır. "Bütün işlər il ərzində həyata keçiriləcək", -deyə Smart System Technology-dən bildiriblər.

Smart Systems Technology 1999-cu ilin dekabrında hazırlanıb. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomalaşdırılması xidmətlərinin göstərilməsi, mürəkkəb informasiya sistemlərinin işlənməsi, bank və maliyyə sahəsində konsaltinq xidmətləri, internet xidmətlərin göstərilməsi, müasir kommunikasiya avadanlıqlarının satışı və s. ilə məşğul olur. Şirkət Oracle korporasiyasının rəsmi bank tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti