...

Azercell Telesom Panamanın Cable and Wireless şirkətilə rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 7 İyul 2006 19:52 (UTC +04:00)

Azərbaycanda mobil rabitənin operatoru olan "Azercell Telekom" BM öz beynəlxalq rouminq tərəfdaşlarının sırasını genişləndirməkdə davam edir. Trend agentliyinin şirkətə istinadən yaydığı məlumata əsasən, Panamanın "Cable and Wireless" mobil şirkəti "Azercell Telekom"un növbəti rouminq tərəfdaşıdır.

"Azercell Telekom" BM-in öz rouminq partnyorlarının sayını fasiləsiz artırması mobil rabitənin insanların həyatının müxtəlif sahələrinə, o cümlədən, biznesə inteqrasiya olunmasına yardım edir. Bu isə öz növbəsində, xaricdə olan işgüzar insanlara geniş keyfiyyətli rabitə imkanlarının verilməsi deməkdir və onların rahatlığına zəmanətdir" - deyə şirkətdən bildiriblər.

Ümumilikdə "Azercell Telekom" BM 126 ölkənin mobil rabitə operatorları ilə 274 rouminq sazişi bağlayıb.

Xəbər lenti

Xəbər lenti