...

Azərcell Telecom 275-ci rouminq müqaviləsi bağlayıb

Telekommunikasiya Materials 12 İyul 2006 18:39 (UTC +04:00)

Mobil rabitə operatoru Azərcell Telecom BM Syerra -Leonenin Comium şirkəti ilə beynəlxalq rouminq rabitəsi barədə daha bir saziş imzalayıb. Bu barədə Trend BM-in mətbuat xidmətinə istinadən xəbər verib. Beləliklə, Azərbaycanın aparıcı mobil rabitə operatoru beynəlxalq rabitəyə çıxış üzrə öz abunəçilərinin imkanlarının genişləndirilməsi üzrə növbəti addımını atıb.

Operatorun çoxlu sayda rouminq-tərəfdaşlarının olması onun abunəçilərinə imkan verir ki, başqa rabitə vasitəsi axtarmadan və yeni nömrə almadan dünyanın istənilən nöqtəsindən zəng etsinlər, öz Azərcell nömrələrindən heç bir məhdudiyyət olmadan danışsınlar və öz nömrələrinə zəngləri qəbul etsinlər. Bu isə, öz növbəsində, xaricə gedən iş adamı və turistlər üçün keyfiyyətli rabitənin yaradılması üçün geniş imkanların təqdim edilməsidir və onların rahatlığına zəmanətdir.

Bundan sonra bu ölkəyə işgüzar və ya turist səfəri edən Azərcell abunəçiləri rahatlıqla öz nömrəsinə zəngləri qəbul edə bilər və dünyanın istənilən nöqtəsinə zəng edə bilər.

Ümumilikdə, bu günə qədər Azərcell Telecom BM dünyanın 126 ölkəsinin mobil rabitə operatorları ilə 275 rouminq sazişi imzalayıb.

Xəbər lenti

Xəbər lenti