Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (İB) NGN (Next Generation Network) şəbəkəsini genişləndirir. İB-dən Trend ə verilən xəbərə görə, Yasamal rayonunun ATS-də, Bayıl qəsəbəsi yaxınlığında, Mərdəkan qəsəbəsində, Xətai Telekommunikasiya Qovşağında 10 mindən çox nömrənin montajı planlaşdırılır. Bu nömrələrin indeksləri 581, 540, 598 olacaq. Bu məqsədlər üçün müvafiq avadanlıq Çinin "Huawei" şirkətindən alınacaq.
NGN (gələcək nəslin şəbəkəsi) kommutasiya paketindən istifadə etməklə nitqin, təsvirin və məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş universal çoxməqsədli şəbəkədir.
NGN telekommunikasiya trafikinin müxtəlif növü üçün lazım olan xidmətin keyfiyyətini təmin edir. Adıçəkilən texnologiyanın tətbiqi abonentlərə IoIP-telefoniya, səsli poçta, məlumatların ötürülməsi xidməti, multimedia xidməti, virtual özəl şəbəkə, məlumatların vahib mübadiləsi, məlumatların təcili mübadiləsi, interaktiv danışıq cavabı sistemi, interaktiv oyunlar, video konfranslar və ev meneceri kimi xidmətlərdən istifadə etməyə imkan yaradır.
Hazırda İB paytaxt abonentlərinə NGN üzrə multimedia xidməti göstərir.