...

Smart Systems Technology Azərbaycanın kommersiya bankları üçün iş görür

Telekommunikasiya Materials 11 Sentyabr 2006 16:04 (UTC +04:00)

Smart Systems Technology Azərbaycanın kommersiya bankları üçün iş görür. Şirkətdən Trend ə verilən məlumata görə, Smart Bank of Baku üçün bankın baş ofisi ilə onun Sumqayıt və Nizami filialları arasında 1mbit/san sürətə malik rabitə kanalı çəkir. Analoji işlər Əmrahbank üçün də həyata keçirilir. Burada bankın Tovuz filialı ilə baş ofis arasında 128 kbit/san sürətə malik kanal çəkilir və filialın korporativ şəbəkəyə qoşulması istiqamətində iş görülür.

Şirkət Bank of Azerbaijan-ın baş ofisi və filialı ərazisində yerləşən 15 bankomatı Azericard proessinq mərkəzinə qoşur. Bütün işlər sentyabrın sonunadək başa çatacaq.

Smart Systems Technology 1999-cu ilin noyabrında yaradılıb. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, telekommunikasiya şəbəkələrinin layihələşdirilməsi, mürəkkəb informasiya sistemlərinin, maliyyə və bank sahəsində konsaltinq xidmətlərin hazırlanması, İnternet-xidmətlərin göstərilməsi, müasir kommunikasiya avdanlığının satışı və s. ilə məşğul olur. Şirkət həm də Oracle korporasiyasının rəsmi tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti