Mobil rabitə operatoru Azercell Telecom müştərək müəssisəsi MM işçilərinin və onların ailə üzvlərinin könüllü tibbi sığortalanması üzrə layihələr üçün sığorta şirkətinin seçilməsi ilə bağlı açıq tender elan edib.
Trend in şirkətə istinadən xəbər verdiyi kimi, tenderdə iştirak etmək istəyənlər bununla bağlı ərizə təqdim etməli və 4 min AZN ödəməlidir. Şirkətin (o cümlədən Azərbaycan ərazisində fəaliyyət göstərən şirkətlərin) nizamnamə kapitalı 800 min AZN-dən az olmamalıdır.
Tender təklifləri paketi noyabrın 22-dən gec olmayaraq şirkətdə qəbul olunur. Prosedurun özü noyabrın 23-də Azercell Telecom-da keçiriləcək.