...

Rabitə Nazirliyi Xınalıq kəndini telefonlaşdıracaq

Telekommunikasiya Materials 12 Oktyabr 2006 15:20 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (ARİTN) Xınalıq kəndinin telefonlaşdırılmasını həyata keçirəcək. Nazirliyin məlumatına istinadən Trend xəbər verir ki, bu barədə qərar dövlət başçısı İlham Əliyevin göstərişi ilə nazir Əli Abbasov başda olmaqla ARİTN nümayəndələrinin kəndə səfəri zamanı qəbul olunub.

Səfər zamanı ARİTN başçısı poçt rabitəsi, telefon xidməti, kənddə televiziya yayım keyfiyyətinin cari vəziyyəti ilə tanış olub.

Nazir ilə söhbət zamanı sakinlər kənddə telefonun olmadığını və əhalinin yalnız AzTV-1 və ictimai televiziya kanallarına baxa bildiyini söyləyib və xahiş ediblər ki, kənddə özəl telekanalların da yayımlanmasına köməklik edilsin.

Kənddə optik kabel xəttinin inşası başa çatmaq üzrədir, telefon problemi isə naqilsiz rabitənin tətbiqi sayəsində qismən həll olunur. Hazırda kənddə bu cür 4 telefon var. Onlardan biri faks xidmətlərini də göstərir.

Görüşdə qeyd edilib ki, Müstəqillik gününə - 18 oktyabra qədər Xınalıq kəndi elektronlaşdırılacaq və burada Lider TV-nin verilişləri yayımlanacaq.

Nazir həmçinin Elik, Qırıxdəhnə kənd sakinləri də görüşüb və onların problemləri ilə maraqlanıb. Nazirlik Elik kəndində 50 şagirdlik orta məktəb binasının inşasını öz üzərinə götürüb.

Ə. Abbasovun sözlərinə görə, telekommunikasiya sahəsindəki problemlər qısa müddət ərzində həll olunacaq və hər bir kənd elektron rabitəsi və faks xidmətləri ilə təmin olunacaq.

2 aydan sonra nazir işlərin gedişi ilə tanış olmaq yenidən kəndə baş çəkəcək. İşlərin yekunları dövlət başçısına təqdim olunacaq, - deyə nazirliyin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti