...

Bakcell BM əlavə 400 yeni baza stansiyası quraşdırmağı planlaşdırır

Telekommunikasiya Materials 14 Oktyabr 2006 14:58 (UTC +04:00)

Bakcell mobil operatoru son bir neçə ay ərzində Bakıda və Azərbaycanın bölgələrində 110 baza stansiyası quraşdırıb. Trend şirkətə istinadən xəbər verir ki, sentyabr ayında 51 stansiya istismara verilib, bunlardan 20-si Naxçıvan Muxtar Respublikasında quraşdırılıb.

Hazırda şirkət əhatə zonasını artırmaq üçün sərmayə qoymağa davam edir. Bakcell şirkətinin planlarında yaxın gələcəkdə daha 400 yeni baza stansiyasının quraşdırılması üzrə layihə var.

Bakcell 1994-cü ildə Azərbaycanın Rabitə Nazirliyi ilə əməkdaşlıqda birgə müəssisə kimi yaradılıb və ölkədə mobil rabitə sahəsində ilk şirkətdir. Elə həmin il Bakcell analoq rabitə xidmətləri göstərən (ETACS) şirkət qismində fəaliyyətə başlayıb. Artıq 1998-ci ilin dekabr ayından etibarən GSM texnologiyası tətbiq olunur. 2003-cü ilin dekabr ayında özəlləşdirmə prosesi başa çatıb və nəticədə 2004-cü ilin yanvar ayından etibarən Bakcell tam özəlləşdirilmiş şirkət kimi fəaliyyət göstərir. Hazırda şirkət bütün ölkə üzrə 700,000-dən artıq abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti