...

"Azerpocht" DŞ loqistika xidməti göstərmək niyyətindədir

Telekommunikasiya Materials 26 Oktyabr 2006 18:26 (UTC +04:00)

Trend Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, "Azerpocht" Dövlət Şirkəti loqistika xidmətini təşkil etmək və 31 kq-dan 100 kq-a qədər ölkə daxilində yüklərin daşınması prosesinə başlamaq niyyətindədir.

Birinci mərhələdə "Azerpocht" minik avtomobilləri ilə işləməyi planlaşdırır. Gələcəkdə isə iri tonnajlı avtomobillərin alınması nəzərdə tutulur.

"Azerpocht" artıq bu sahə ilə məşğul olan şirkətlərin təcrübəsini öyrənib.

ARİTN-nin müəssisəsi olaraq "Azerpocht" DŞ-nin fəaliyyəti məktub və korrespondensiyaların çatdırılması, teleqraf, İnternet, beynəlxalq telefon danışıqları xidmətinin göstrilməsi, daxili və xarici poçt göndərişləri, milli üslubda işlənilmiş açıqca və zərflərin, marka və nişanların satışı, sürətli və adi pul köçürmələri, pensiya və müavinətlərin ödənilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti