...

İnformasiya Texnologiyaları İnstitutunda ABŞ mütəxəssisləri ilə görüş keçirilib

Telekommunikasiya Materials 5 Dekabr 2006 12:43 (UTC +04:00)

2006-cı il dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin baş müşaviri Diana Landau (ABŞ), Booz Allen Hamilton şirkətinin Bakı ofisinin rəhbəri Dr. Dark-Sven Dikman və həmin şirkətin ölkə üzrə direktoru Cen Brasvel ilə görüş keçirilib.

Trend dən verilən məlumatda bildirilir ki, görüşdə institutun Elmi Şura üzvləri, aspirant və dissertantları da iştirak edib. İnstitutun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev qonaqları salamlayaraq bildib ki, dünyanın aparıcı ölkələrində olduğu kimi, Azərbaycan Respublikasında da dövlət siyasəti çərçivəsində informasiya cəmiyyəti qurulur. O qeyd edib ki, ABŞ İKT sahəsində böyük uğurlar qazanıb və onun qlobal informasiya cəmiyyətinin qurulmasında böyük təcrübəsi var. Bu səbəbdən bu problemi həll etmək üçün İKT sahəsində ABŞ ilə əməkdaşlığa böyük ehtiyac var.

R.Əliquliyev respublikamızda ofisi olan, konsaltinq xidmətləri göstərən Booz Allen Hamilton şirkəti (ABŞ) haqqında qısa məlumat verərək bildirib ki, bu şirkətin məqsədi Azərbaycanda regional innovasiya zonalarını yaratmaqdır.

R.Əliquliyev həmçinin institutun yaranma tarixi, elmi fəaliyyəti və son illərdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, institut Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində elmi-tədqiqat işləri ilə geniş məşğul olur.

Sonra xanım Diana Landau, Dr. Dark-Sven Dikman və xanım Cen Brasvel öz işləri barədə ətraflı məlumat verib və elmi şura üzvlərini maraqlandıran suallara cavablandırıblar.

Sonda qonaqlar institutun Tədris Mərkəzi ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti