...

Aztelekom yeni EATS quraşdırılması üçün tender elan edib

Telekommunikasiya Materials 8 Dekabr 2006 13:10 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinin Oğuz rayon Telekommunikasiya Şəbəkəsi (TKŞ) Sincan kəndində 288 nömrə tutmlu yeni elektron avtomat telefon stansiyasının (EATS) quraşdırılması, HDSL avadanlığının alınması və quraşdırılması üçün tender elan edib.

Trend məlumat verir ki, tenderdə marağı olanlar dekabrın 18-nə qədər təklifləri TKŞ-yə təqdim etməlidirlər.

Yaxın günlərdə Celayır kəndində 256/30 nömrə tutumlu EATS quraşdırılması üçün analoji tender Cəlilabad TKŞ tərəfindən elan edilib. Bu tender üzrə namizədlər təkliflərini 15 dekabrdan etibarən TKŞ-yə təqdim edə bilərlər.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsas müəssisəsi olaraq Aztelekom İB Bakı və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün Azərbaycan ərazisində beynəlxalq və şəhərlərarası rabitəni təmin edir.

İB-nin ixtiyarında 54 telekommunikasiya müəssisəsi, Bakı Şəhərlərarası Telefon Şəbəkəsi, Kabel Magistral Texniki Şəbəkə və Təmir-Tikinti İdarəsi var.

Xəbər lenti

Xəbər lenti