...

Aztelekom İB Azərbaycanın daha bir şəhərində SDMA protokol rabitəsini tətbiq edib

Telekommunikasiya Materials 28 Dekabr 2006 18:51 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya texnologiyaları Nazirliyi Aztelekom istehsalat Birliyi Zaqatalada CDMA (Code Division Multiples Access) tətbiq edib. Azərbaycan və informasiya texnologiyaları nazirliyinin məlumatına istinadən Trend in verdiyi xəbərə görə, bu gün rayonda yeni texnologiya abonentlərinin sayı 100-nəfəri keçib.

Bundan əlavə mərkəzi ATS-də min nömrə tutumu olan SDMA stansiyası istismara verilib.

Bu gün Rabitə nazirliyi müəssisələri üzrə SDMA abonentlərinin sayı 5 mini ötüb. SDMA (Code Division Multiple Access-kod şöbələrinə çoxsaylı giriş sistemi)- rəvvələr GSM-in işlədiyi rəqəmli xəttsiz texnologyadır.

SDMA danışığı rəqəmli informasiyaya konversiya edir ki, sonradan xətsiz şəbəkə vasitəsilə radiosiqnal kimi ötürülür. 1995-ci ildə kommersiya məhsulu kimi təqdim olunan SDMA dünyada tezyayılan xətsiz texnologiyadan biridir. 1999-cu ildə Beynəlxalq Telekommunikasiya Şurası (International Telecommunications Union) "üçüncü nəsil" (3G) yeni xəttsiz sistemi üçün sənaye standartı qismində SDMA-nı seçib.

Xəbər lenti

Xəbər lenti