...

Azərbaycan rayonlarından birinin telekommunikasiya şəbəkəsi EATS-in quruluması ilə bağlı tender elan edib

Telekommunikasiya Materials 10 Yanvar 2007 12:50 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin (İB) Tovuz rayon telekommunikasiya şəbəkəsi (TKŞ) Yuxarı Öysüzlü kəndində 768/60 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyanın qurulması ilə əlaqədar tender elan edib. Bu barədə TKŞ-yə istinadən Trend xəbər verir.

Tender həmçinin eskiz sxemi əsasında 268 nömrəyə qədər genişləndirmək məqsədilə xətlər üçün material və 2 dəst HDSL avadanlığının alınmasını planlaşdırır.

Tenderdə iştirak üçün ərizələr yanvarın 15-nə qədər qəbul ediləcək. Əlavə məlumat üçün TKŞ-yə müraciət etmək lazımdır.

Tenderdə nəzərdə tutaln vəzifələr 2007-ci ildə icra olunmalıdır.

Ölkə regionlarında rabitə sisteminin yenidən qurulması 2005-2008-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsi proqramı çərçivəsində ("Elektron Azərbaycan") həyata kçeirilir.

Xəbər lenti

Xəbər lenti