Azərbaycanın Rabitə və informasiya texnologiyaları Nazirliyi və İsveçrənin Ericsson şirkəti "Niyyyət barədə" protokol imzalayıb, bu barədə Trend ə nazirlikdən xəbər veriblər.
İmzalanma Rabitə Nazirliyinin nümayəndə heyətinin İsveçrədə İnformasiya Texnologiyaları Beynəlxalq Xəzər Universiteti yaradılması üzrə görüşlər çərçivəsində baş tutub. Sənədi Rabitə və informasiya Texnologiyaları naziri müavini İltimas Məmmədov və Ericssonun Bakı ofisinin rəhbəri Yan Xenninq imzalayıb.
Sənəd Ericssonun İnformasiya texnologiyaları beynəlxalq Xəzər Universiteti yaradılması layihəsində iştirakını nəzərdə tutur.
Azərbapycan nümayəndə heyətinin İsveçrəyə səfəri yanvarın 16-dan 21-dək davam edib. səfər çərçivəsində Çalmer Universitetinin rektoru ilə, Höteburqda yerləşən Texnoloji Universitetin nümayəndəsi ilə görüşlər keçirilib, 2006-cı ilin avqustunda Təşkilat komitələri arasında Xəzər beynəlxalq İnformasiya texnologiyaları universitetinin və Höteburqda yerləşən Çalmer Texnoloji Universitetində İnformasiya Texnologiyaları Universiteti yaradılması barədə imzalanmış protokol-razılıqda nəzərdə tutulmuş konkret təkliflər barədə müzakirələr aparılıb.
Platforma mütəxəssislərin hazırlanmasını, multimedia və müasir texnologiyalara əsaslanan maddi-texniki baza strukturunun yaradılmasını nəzərdə tutur.
Azərbaycan mütəxəssisləri səfər zamanı elmi parka baş çəkib institutun əsas özəllikləri ilə tanış olub.