...

Azərcell ABŞ-ın Nextel operatoru ilə rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 1 May 2007 18:13 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM növbət rouminq sazişini imzalayıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Birtərəfli beynəlxalq rouminq xidməti barədə saziş ABŞ-ın "Nextel" operatoru ilə imzalanıb. Bu, ABŞ-ın mobil rabitə operatorları ilə imzalanmış sayca 10-ciu sazişdir. İndiyə kimi "Azercell Telekom" BM 137 ölkənin mobil rabitə operatorları ilə 326 rouminq sazişi bağlayıb.

Şirkətin təqribən 2,5 mln. nəfər abonenti var. 1997-ci ildə - fəaliyyətinin ilk dövrlərində isə bu say cəmisi 10 min idi. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 77, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edir.

Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti