...

Kompüter zavodu və Əmək Nazirliyi Azərbaycanda iş axtarışını avtomatlaşdıracaq

Telekommunikasiya Materials 3 May 2007 18:32 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məşğulluq idarəsi və "KÜR" kompüter avadanlığı zavodu respublikada iş axtarışının avtomatlaşdırılması üzrə birgə layihəni reallaşdırmaq niyyətindədir. Bu barədə cümə axşamı müəssisə rəhbəri Rizvan Osmanov məlumat verib.

İlkin mərhələdə Bakının məşğulluq mərkəzlərində informasiya köşkləri quraşdırılacaq. Bunun nəticəsində vakant iş yerləri haqqında informasiya məlum olacaq. 40 köşkün quraşdırılması planlaşdırılır.

Tərəflər layihənin maliyyə hissəsini razılaşdırır. Mayın 10-na qədər müvafiq sazişin imzalanması planlaşdırılır. Layihədə Əmək Nazirliyi sifarişçi qismində iştirak edir.

Xəbər lenti

Xəbər lenti