...

"Azərcell" İranla daha bir rouminq sazişi bağlayıb

Telekommunikasiya Materials 18 May 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil operatoru olan "Azərcell Telecom" İran operatoru "Rafsanjan İndustrial Complex (Coop) Taliya" ilə rouminq sazişini bağlayıb. Bu barədə şirkətin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Qeyd edək ki, bu, İran mobil operatorları ilə imzalanan ikinci rouminq sazişidir. Hazırda "Azərcell" abunəçiləri İranın MCİ operatorunun xidmətlərindən istifadə edirlər.

Bu gün "Azərcell Telecom"un dünyanın 137 operatoru ilə 328 müqaviləsi var.

2,5 milyon abunəçiyə malik "Azərcell Telecom" Azərbaycanın mobil rabitə bazarının 78 faizini və əhalinin 99 faizini əhatə edir.

"Azərcell Telecom" 1996-cı ilin yanvarında yaradılıb. Şirkət həmin ilin dekabrında fəaliyyətə başlayıb. O, abunəçilərinə öncədən ödəmə əsasında xidmətlər təklif edir.

"Azərcell Telecom" Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və Fintur Holdings BV (64.3 faiz) şirkətinin birgə yaratdığı müəssisədir.

Fintur Holding B.V.-dəki iştirakın 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə Finlandiyanın "Teliasonera" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti