...

"Cisco" "WebEx" şirkətini əldə edib

Telekommunikasiya Materials 4 İyun 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /"Cisco" şirkəti "WebEx" Communications, Inc. (WEBX) şirkətinin əldə olunmasının iki mərhələli prosesini başa çatdırıb və bu gündən etibarən "WebEx" "Cisco" şirkətinin törəmə şirkətidir. Bu barədə "Cisco" şirkətinin Bakı nümayəndəliyindən məlumat verilib.

"WebEx" "tələb üzrə" qrup işi üçün təkliflər bazarında lider hesab olunur. Şirkətdə hesab edirlər ki, "WebEx"in B2B səviyyəsində şəbəkə həlləri "Cisco"nun unifikasiya edilmiş kommunikasiya, əsasən də kiçik və orta müəssisələr sahəsində mövqelərini möhkəmləndirəcək.

"WebEx"in şəbəkə portfelinə şirkətlərə real zamanda və İnternet vasitəsilə asinxron rejimdə konfrans əlaqəsi təşkil etməyə, həmçinin istənilən ölçülü təşkiltlarda əmək səmərəliliyini və işin effektliyini yüksəldərək sənəd və məlumatlarla mübadilə aparmağa imkan verən texnologiya və xidmətlər daxildir. "WebEx" servislərinin abunə üzrə yayılması onun bazardakı uğurunun ən əsas səbəblərindən biri olub və "Cisco" bu biznes modelini mənimsəmək və inkişaf etdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti