...

Rabitə naziri: "Azərbaycanın İT sahəsinin artımı 20 faiz təşkil edib"

Telekommunikasiya Materials 2 Avqust 2007 12:43 (UTC +04:00)
Rabitə naziri: "Azərbaycanın İT sahəsinin artımı 20 faiz təşkil edib"

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanda hər 100 nəfərə 3,5 kompüter düşür. Bu, ötən ilinin analoji dövrü ilə müqayisədə 35 faiz çoxdur. Bunu çərşənbə günü Nazirlər Kabinetinin ölkənin 2007-ci ilin ilk yarısında sosial-iqtisadi inkişafının nəticələrinə və gələcək vəzifələrə həsr olunmuş toplantısında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Toplantı Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçib.

Nazirin sözlərinə görə, hər 100 nəfərə 10 internet istifadəçisi düşür. Bu, ötən ilin analoji göstəricisindən 25 faiz çoxdur.

"Hələlik bu göstəricilər orta dünya göstəricilərindən geri qalır" - deyə Abbasov bildirib.

İlin ilk yarısında ölkədə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin artımı 20 faiz təkşil edib, bu da dünya göstəricisindən 2 dəfə çoxdur.

Son illərdə İKT sahəsinin orta illik artım göstəricisi 30-35 faiz səviyyəsində olub.

Altı ay ərzində sahənin gəlirlərinin ümumi həcmi 307 mln. manat, İT-nin ÜDM-dəki payı isə 1,6 faiz təşkil edib.

Nazir hesab edir ki, bu, ilk növbədə son 3 ildə neft sektorunun sürətli artım tempi ilə əlaqəlidir.

Abbasov qeyd edib ki, beynəlxalq konsaltinq şirkətinin araşdırmalarına əsasən, İKT sektorunun Azərbaycanın ÜDM strukturundakı payı 4-5 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti