...

Azərbaycan Mərkəzi Bankı İT avadanlığın texniki dəstəyi üzrə tenderin qalibini elan edib

Tender müsabiqələri Materials 11 Avqust 2011 14:21 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) bankda istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi üzrə tenderin qalibini elan edib.
Azərbaycan Mərkəzi Bankı İT avadanlığın texniki dəstəyi üzrə tenderin qalibini elan edib

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) bankda istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi üzrə tenderin qalibini elan edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin tender komissiyasının cümə axşamı açıqladığı məlumatda deyilir.

Tender 2 lotdan ibarət olub. Birinci lot informasiya sistemlərinə və proqram platformalarına, ikincisi surətçoxaltma aparatlarına texniki xidmətin göstərilməsini nəzərdə tutub. Tender komissiyası tərəfindən iddiaçıların təklifləri qiymətləndirilib və qiymətləndirmənin nəticələrinə görə birinci lot üzrə qalib müəyyənləşdirilib.

Qaliblə avqustun 8-də müqavilə bağlanıb.

Birinci lot üzrə tenderin qalibi GTSolutions (Oracle platformasının lisenziyasının dəstəklənməsi), "Sinam" (Elektron Kargüzarlıq Sisteminin, Elektron imza üzrə Sertifikatlaşma Mərkəzinin texniki platformalarının dəstəklənməsi), RİSK Elmi İstehsalat Şirkəti (Baş Mühasibat və AZİPS Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemlərinin texniki platformalarının dəstəklənməsi), eləcə də Bestcomp Group (Lokal şəbəkənin dəstəklənməsi) şirkətləri olub.

2-ci lot üzrə yalnız bir iddiaçı tərəfindən tender təklifi təqdim edilib və buna görə tender dayandırılıb.

Xəbər lenti

Xəbər lenti