Azərbaycan, Bakı, 25 yanvar / Trend, müxbir H.Vəliyev /
Bakı Metropoliteni sərnişin sistemlərinin avtomatlaşdırılması üçün MIFARE Plus S smart kartlarının alışı üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə Bakı Metropoliteninin Tender Komissiyasının məlumatında deyilir.
MIFARE Plus S mövcud sistemlərdə MIFARE Classic mikrosxemlərinin bilavasitə dəyişdirilməsi tapşırığı üçün sadələşdirilmiş Slim versiyadır.
Tenderdə iştirak üçün sənədlər (tender təklifi və bank zəmanəti istisna olmaqla) 20 fevral saat 17:00-dək qəbul edilir.
Tender təklifləri və bank zəmanətləri 24 fevral saat 17:00-dək qəbul edilir.
Tender proseduru 27 fevral saat 15:00-da Bakı Metropolitenində keçiriləcək.
Əlavə məlumatı 490-00-25 nömrəli telefonla əldə etmək mümkündür. Əlaqələndirici şəxs: Fuad Tağızadə.