...

Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilib

Tender müsabiqələri Materials 29 Fevral 2012 18:01 (UTC +04:00)
"Azərsu" ASC (milli su operatoru) 2012-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, habelə ölkənin regionlarında su təchizatı və kanalizasiya ssitemlərinin tikintisi və yenidən qurulması məqsədilə tikinti-quraşdırma işləri üzrə açıq tender elan edib.
Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilib

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir Ə.Həsənov/

"Azərsu" ASC (milli su operatoru) 2012-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, habelə ölkənin regionlarında su təchizatı və kanalizasiya ssitemlərinin tikintisi və yenidən qurulması məqsədilə tikinti-quraşdırma işləri üzrə açıq tender elan edib.

Tender 7 lot üzrə keçirilir:

- lot 1: Bakı su şəbəkələrində SCADA idarəetmə sistemlərinin qurulması, habelə 2400 ədəd D 50-800 mm (elektromaqnit) tipli sayğacların və ya 410 ədəd "Endress+Hauser" tipli sayğacların quraşdırılması;
- lot 2: Ceyranbatandakı binanın və sutəmizləyici qurğular kompleksində avadanlıqların yenidən qurulması;
- lot 3: Xırdalan şəhərində su təchizatı sisteminin yenidən qurulması;
- lot 4: Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektorunun tikintisi;
- lot 5: Şirvan-Salyan-Neftçala magistral su kəmərinin tikintisi;
- lot 6: Qusar-Quba kanalizasiya kollektorunun tikintisi;
- lot 7: Elektrik və mexaniki avadanlığın təmiri üçün iki sexin, habelə sayğacların diaqnostikası üçün laboratoriyanın tikintisi.

Hər bir lot üzrə tenderdə iştirak haqqı 300 manat təşkil edir.

Yenidənqurma və tikinti işləri 2012-ci ilin sonuna qədər başa çatmalıdır.

Tender iştirakçıları müqavilənin yerinə yetirilməsi üçün zəruri maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Aşağı qiymət, yaxşı keyfiyyət təklif edən, analoji işlərdə təcrübəsi, texniki imkanları və kadr potensialı olan iştirakçılara üstünlük veriləcək.

Tender şərtlərini aşağıdakı ünvanda əldə etmək olar: Bakı ş., Moskva prospekti, 67 (əlaqəli şəxs - Namazaov Qədir Lətif oğlu), tel: (012) 431 47 68 (daxili 3375).

Tenderdə iştirak üçün müvafiq sənədlər 2012-ci il 11 aprel saat 17:00-a qədər, tender təklifləri və bank zəmanəti isə 18 aprel saat 17:00-dək Bakı ş., Moskva prospekti, 67 ünvanı üzrə "Azərsu" ASC-nin baş ofisinə təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti