...

"Aqrolizinq" ASC tender elan edib

Tender müsabiqələri Materials 3 May 2012 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan dövlət lizinq şirkəti "Aqrolizinq" ASC aqrotexnikanın satın alınması ilə bağlı tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Tender iki lot üzrə keçiriləcək:

- Lot 1: 40-50 at gücündə olan 40 ədəd traktorun satın alınması,
- Lot 2: traktora qoşulan 37 ədəd kənd təsərrüfatı texnikasının satın alınması.

Birinci lot üzrə tenderdə iştirak haqqı 300 manat, ikinci lot üzrə isə 200 manat təşkil edir.

Müvafiq təkliflər 2012-ci il 10 may saat 17:00-dək Bakı ş., Bünyadov küç.,12 ünvanına təqdim edilməlidir.

Əlaqələndirici şəxs: İsmayılov Kamal İsmayıl oğlu, telefon: (012) 425 38 99. elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti