...

Azərbaycan Rusiya vətəndaşları üçün cəlbedici turizm istiqamətinə çevrilir

Turizm Materials 24 Dekabr 2018 19:16 (UTC +04:00)
Azərbaycan Rusiya vətəndaşları üçün cəlbedici turizm istiqamətinə və tanınan məkana çevrilir
Azərbaycan Rusiya vətəndaşları üçün cəlbedici turizm istiqamətinə çevrilir

Bakı. Trend:

Azərbaycan Rusiya vətəndaşları üçün cəlbedici turizm istiqamətinə və tanınan məkana çevrilir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Səfir bildirib ki, hazırda Azərbaycanın dağ-xizək kurortları ilə Rusiyanın Şimali Qafqazdakı dağ-xizək kurortları arasında əməkdaşlığın qurulması məsələsi üzərində iş gedir.

Kruiz istiqaməti barədə danışan M.Boçarnikov qeyd edib ki, gələn il bu təşəbbüsün reallaşdırılması üçün səylər görüləcək:

“Bunun üçün gəmilər tikmək vacibdir. Həştərxan vilayətində bir gəminin tikintisi aparılır”.

Azərbaycanın turizm istiqaməti kimi rusiyalılar tərəfindən daha çox tanınmasına gəldikdə isə, səfir Rusiyada Azərbaycan Turizm Şurasının nümayəndəliyinin açılmasının vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti