...

Rusiyalı turistlər Azərbaycandan keçməklə Gürcüstana getməyə davam edirlər

Turizm Materials 2 İyul 2019 20:03 (UTC +04:00)
Azərbaycanın turizm şirkətləri Gürcüstan istiqamətində fəaliyyəti adi rejimdə davam etdirir
Rusiyalı turistlər Azərbaycandan keçməklə Gürcüstana getməyə davam edirlər

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın turizm şirkətləri Gürcüstan istiqamətində fəaliyyəti adi rejimdə davam etdirir.

Trend bu barədə yerli turizm operatorlarına istinadən məlumat verir.

Agentliyin rəyini öyrəndiyi şirkətlər bildirib ki, Gürcüstana Azərbaycan vasitəsilə getmək üçün bilet almış rusiyalı turistlər öz səfərlərini ləğv etməyib.

Qeyd edək ki, Rusiya iyulun 8-dən başlayaraq Gürcüstana uçuşların dayandırılacağını elan etmişdi.

Bunun əvəzində Gürcüstan Hotellər Assosiasiyası rusiyalı turistlərin Gürcüsrana Azərbaycan ərazisindən daşınmasını təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti