...

Bakıda 5-ci "Prime Travel Market" tədbiri baş tutub (FOTO)

Turizm Materials 10 Oktyabr 2019 10:30 (UTC +04:00)
"Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə beşinci "Prime Travel Market" tədbiri baş tutub.
Bakıda 5-ci "Prime Travel Market" tədbiri baş tutub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Oktyabr ayının 8-də "Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə beşinci "Prime Travel Market" tədbiri baş tutub.

Tədbir Azərbaycanda lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir.

Ənənəyə sadiq qalaraq, tədbir "JW Marriott Absheron" otelində təşkil olunub. Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Sinqapur, Malaziya, Çexiya, Sloveniya, Yunanıstan, Belarusiya, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurulması, möhkəmləndirilməsi və eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparıblar.
Prime Travel Marketin təşkilatçılarından aldığımız məlumata görə, bu il, sərgidə çoxlu sayda yerli və xarici turizm agentlikləri iştirak edib.

Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurort mərkəzləri, dünya mehmanxana zəncirləri, unikal butik otellər, Hava Yolları Şirkətləri, Lüks turoperatorlar və konsyerj şirkətləri var.
Beşinci Prime Travel Market sərgisinin tərəfdaşları "Grante Şərab" və "Türk hava yolları" şirkətləri olub.

Tədbir zamanı qonaqlar üçün 20-yə yaxın dəyərli hədiyyələr uduşa düşüb.

"Prime Travel Market", ölkənin turizm sənayesində ən effektiv B2B tədbirlərindən biri kimi tanınır.

Növbəti dəfə "Prime Travel Market" tədbirinin 2020-ci ilin mart ayında keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti