...

Bu il ölkəyə gələn turistlərin sayı açıqlandı (FOTO)

Turizm Materials 12 Sentyabr 2023 10:34 (UTC +04:00)
Bu il ölkəyə gələn turistlərin sayı açıqlandı (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin 8 ayında ölkəmizə 1 milyon 344 mindən çox turist səfər edib.

Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda deyib.

O bildirib ki, əsas hədəf ölkə turizmini inkişaf etdirməkdir:

"İnkişaf deyərkən turistlərin sayında, coğrafiyasında və turist xərcləməsində artıma nail olmağı nəzərdə tuturuq. Bunun üçün birlikdə çalışmalıyıq. Əsas hədəf 2026-cı ildə ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə çatdırmaqdır.

Növbəti 4 il üçün turizmin ÜDM-də payını 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq niyyətindəyik. Orta hesabla hər il 20 faiz artıma nail olmaq istəyirik. 2026-cı ildə qədər yerli turistlərin sayını 6 milyon nəfərə, turizmdən gələn gəlirləri 10 milyard manata çatdırmaq əsas hədəflərimizdəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti