Bakı. Trend:
Braziliya Coğrafiya və Statistika İnstitutunun hesabatına görə, hazırda ən çox insan Sao Pauloda yaşayır.
Trend-in məlumatına görə, bu barədə Braziliya Coğrafiya və Statistika İnstitutu məlumat yayıb. Latın Amerikasının ən böyük ölkəsi Braziliyanın əhalisi iyulun 1-nə olan proqnozlara görə, 2024-cü ildə 212,6 milyon nəfərə çatacaq.
İnstitutun saytında yerləşdirilən açıqlamaya görə, hər birinin əhalisi 1 milyon nəfərdən çox olan 15 bələdiyyədən 13-ü Braziliya ştatlarının paytaxt şəhərləridir. Eyni zamanda, bu bələdiyyələrin şəhərlərində 42,7 milyon insan yaşayır ki, bu da bütün ölkə əhalisinin 20,1 faizini təşkil edir.
11,9 milyon əhalisi olan San-Paulu şəhəri ölkənin ən sıx məskunlaşdığı şəhər olaraq qalır. Onu Rio-de-Janeyro (6,7 milyon), paytaxt Braziliya (3 milyon), Fortaleza və Salvador (hər biri 2,6 milyon) izləyir.
İnstitutun siyahısının sonunda hər birinin əhalisi 1,5 min nəfərdən çox olmayan 26 bələdiyyə var. Bunlardan ən az məskunlaşan Minas Gerais əyalətindəki Serra da Saudadidir və təxmini əhalisi 854 nəfərdir.