Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hava hücumları nəticəsində azı 45 fələstinli həyatını itirib.
Trend xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Hücumlardan biri Xan-Yunis şəhəri yaxınlığındakı Əl-Məvasi humanitar zonasında yerləşən ərzaq anbarlarının ətrafında baş verib. Bombardman nəticəsində azı 20 nəfər həlak olub, onlarla şəxs qəlpə yaraları alıb.
İsrailin növbəti hücumu Qəzza şəhərinin şimalında yerləşən Şeyx-Radvan məhəlləsində bir neçə yaşayış binasını hədəf alıb. Nəticədə 25 fələstinli həyatını itirib.
Hücumlar zamanı onlarla insan yaralanıb, bir neçə sakin isə dağıntılar altında qalıb. Xilasetmə işləri davam edir.