...

Azərbaycanda donorluğa yaş həddi qoyulacaq

Cəmiyyət Materials 29 Noyabr 2012 12:50 (UTC +04:00)
Azərbaycanda reproduktiv hüceyrələr üzrə donorluğun maksimum yaş həddi müəyyənləşdiriləcək.
Azərbaycanda donorluğa yaş həddi qoyulacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda reproduktiv hüceyrələr üzrə donorluğun maksimum yaş həddi müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsində cümə axşamı müzakirəyə çıxarılan "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində qeyd olunur ki, donor 35 yaşadək kişi və qadın ola bilər.

Layihədə bildirilir ki, donor xidmətindən istifadə edən ailənin donorun miliyyəti, təhsili, peşəsi, xarici görkəmi barədə məlumat almaq hüququ var. Donorluq müqavilə əsasında olur və bir şəxs yalnız 5 ailə üçün donor ola bilər.

Layihədə əvvəlki variantdan fərqli olaraq edilən dəyişikliklər analıq hüququ və sonsuzluğun müalicəsi ilə bağlıdır. Layihənin 10-cu maddəsinə əsasən, sonsuzluğun müalicəsi zamanı vətəndaş tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququna malikdir.

Layihədə göstərilib ki, tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə oluna bilər. İnsanın klonlaşdırılması məqsədilə reprodiktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmayıb və növbəti dəfə ictimai dinləmələrə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti