...

Rəfsəncani "fitnəkarların başçıları"nın sözlərini təkrarlayır - İranın milli təhlükəsizlik naziri

Nəzər nöqtəsi Materials 10 Dekabr 2009 16:27 (UTC +04:00)
İranın milli təhlükəsizlik naziri Heydər Müslehi sabiq prezident, hazırda isə "Məsləhət" və "Ekspertlər" şuralarında rəhbər vəzifəsində çalışan Əliəkbər Haşimi Rəfsəncanini ölkədəki siyasi böhranın həlli üçün təkliflər verdiyinə görə tənqid edib və onun "fitnəkarların başçıları" (müxalif qüvvələr) ilə "eyni istiqamətdə hərəkət etdiyini" bildirib.
Rəfsəncani "fitnəkarların başçıları"nın sözlərini təkrarlayır - İranın milli təhlükəsizlik naziri

İranın milli təhlükəsizlik naziri Heydər Müslehi sabiq prezident, hazırda isə "Məsləhət" və "Ekspertlər" şuralarında rəhbər vəzifəsində çalışan Əliəkbər Haşimi Rəfsəncanini ölkədəki siyasi böhranın həlli üçün təkliflər verdiyinə görə tənqid edib və onun "fitnəkarların başçıları" (müxalif qüvvələr) ilə "eyni istiqamətdə hərəkət etdiyini" bildirib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Müslehi İranın Qum şəhərinin Feyziyyə məktəbində çıxışı zamanı Rəfsəncaninin Məşhəd şəhərindəki son çıxışına işarə edərək deyib ki, bu kimi çıxışlar "sarsıdıcı"dır.

"Rəfsəncani Məşhəd səfərində çıxışı zamanı bildirib ki, onun mövqeyi seçkilərdən sonrakı cümə namazında dediyi mövqedir. Burada sarsıdıcı olan odur ki, fitnəkarların başçılarının bəyanatlarındakı məsələləri Rəfsəncani də təkrar edir", - Müslehi deyib.

Rəfsəncani iyul ayının 7-də Tehran şəhərində seçkilərdən sonra qıldığı cümə namazında prezident seçkilərindən sonra ölkədəki vəziyyətin "böhranlı" olduğunu bildirmişdi. Rəfsəncani seçkilərdən sonra həbs olumuş şəxslərin azadlığa buraxılmasını, polis və əhali arasındakı münaqişələrdə xəsarət alanların razı salınmasını və seçkilərin düzgün keçirilməməsi ilə bağlı şübhələrin aradan qaldırılmasını təklif etmişdi.

"Haşimi Rəfsəncani iddia edib ki, əgər əhali istəyərsə Vəliyye-fəqih (ali rəhbər) vəzifəsi qala bilər, əgər əhali istəməzsə kənarlaşdırılmalıdır", - Müslehi deyib.

Məlumata əsasən, çıxışın bu hissəsində iştirakçılar "Münafiqə ölüm", "Vilayete Fəqihə qarşı çıxanlara ölüm" şüarları səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti