...

Bakı Avrasiya Gömrük İttifaqının etibarlı tərəfdaşı ola bilər - politoloqlar

Nəzər nöqtəsi Materials 29 İyun 2012 14:52 (UTC +04:00)
Bakı Avrasiya Gömrük İttifaqının etibarlı tərəfdaşı ola bilər. Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov deyib.
Bakı Avrasiya Gömrük İttifaqının etibarlı tərəfdaşı ola bilər - politoloqlar

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Bakı Avrasiya Gömrük İttifaqının etibarlı tərəfdaşı ola bilər. Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov deyib.

"Çoxvektorluq Azərbaycanın uğurlu konsepsiyasıdır. Bakı Avrasiya Gömrük İttifaqının etibarlı tərəfdaşı ola bilər. Belə format qarşılıqlı fəaliyyətin sərfəli variantını müəyyənləşdirməyə imkan verir", - Vlasov cümə günü Bakıda "Müasir mərhələdə Azərbaycan-Rusiya əməkdaşlığı və regionda cari vəziyyət" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Avropada Avrointeqrasiya ilə bağlı məyusluq artır. "Lakin heç kəs Bakını seçim qarşısında qoymur. Əksinə, Bakı Avropa və Asiya arasında körpü ola bilər", - politoloq qeyd edib.

Digər rusiyalı ekspert, Siyasi Konyuktura Mərkəzinin baş direktoru Sergey Mixeyevin fikrincə, üç ölkənin Avrasiya İttifaqı reallıqdır, Avropa və keçmiş sovet ölkələri onlarla iş görməyə məcbur olacaqlar.

"Bununla belə heç kəs Bakının bu formata daxil olmasını gözləmir. Lakin əməkdaşlığın perspektivlərini və maraqların üst-üstə düşməsini güman etmək olar", - Mixeyev qeyd edib.

Avrasiya İttifaqı (EAC) vahid siyasi, iqtisadi, hərbi, gömrük, humanitar, mədəni məkanı olan dövlətlərin konfederativ ittifaq layihəsidir. İttifaqın Rusiya, Qazaxıstan, Belarus və MDB-nin müvafiq sahə inteqrasiya strukturlarının bazasında yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti