...

İntiqam Babayev: Azərbaycanda Heydər Əliyevin ideyaları əsasında formalaşmış milli gənclər siyasəti var

Nəzər nöqtəsi Materials 12 Dekabr 2016 18:00 (UTC +04:00)
Azərbaycanda bu gün həyata keçirilən gənclər siyasətinin bünövrəsi məhz ulu öndər tərəfindən qoyulub.
İntiqam Babayev: Azərbaycanda Heydər Əliyevin ideyaları əsasında formalaşmış milli gənclər siyasəti var

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda gənclər siyasətinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bunu Trend-ə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda Heydər Əliyevin arzu və ideyaları əsasında formalaşmış milli gənclər siyasəti var:

“Əsas ideyalar da bundan ibarət idi ki, müstəqil dövlətimizdə yeni nəslin nümayəndələri vətənpərvər ruhda tərbiyə edilməli, geniş dünyagörüşünə malik olmalıdırlar. Gənclərimiz intellektual baxımdan inkişaf etmiş, fiziki baxımdan sağlam olmalıdırlar. Milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, tariximizə sahib çıxan bir nəsil tərbiyə olunmalıdır”.

İ.Babayev bildirib ki, Azərbaycanda bu gün həyata keçirilən gənclər siyasətinin bünövrəsi məhz ulu öndər tərəfindən qoyulub.

Nazir müavini qeyd edib ki, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri də gənclərlə işdir:

“Bu gün Azərbaycan gəncləri vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətin bəhrəsini görür, özləri də bu siyasətin həyata keçirilməsində fəal iştirak edir və uğurlar əldə edirlər. Bu gün Azərbaycan gəncliyi həmin siyasətin nəticəsində nəinki ölkə daxilində, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da Azərbaycanı müxtəlif sahələrdə çox layiqincə təmsil edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti