Bakı. Elçin Mehdiyev - Trend:
"Azərbaycanda çayçılıq ötən əsrin 90-cı illərinin əvvəllərində məhv edildi. Bunu o dövrdə hakimiyyətə gələnlər etdi".
Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə üzvü Cavanşir Paşazadə deyib.
C.Paşazadə bu sahənin sarımsaqla əvəz edildiyini, bunun da yanlış addım olduğunu bildirib: "Buna görə indi də çayçılıq sahəsində məhsuldarlıq aşağıdır".
Deputat qeyd edib ki, hazırda bu sahədə ciddi iş aparılır, çayçılıq inkişaf etdirilir.