...

Milli Məclisin birinci vitse-spikeri Rusiyada seçki kampaniyası haqqında

Nəzər nöqtəsi Materials 21 Fevral 2018 18:07 (UTC +04:00)
Rusiyada prezidenti seçkiləri çərçivəsində seçkiqabağı kampaniya konstruktiv, sakit və mövcud qanunvericiliyə uyğun olaraq davam edir
Milli Məclisin birinci vitse-spikeri Rusiyada seçki kampaniyası haqqında

Bakı. Elçin Mehdiyev - Trend:

Rusiyada prezident seçkiləri çərçivəsində seçkiqabağı kampaniya konstruktiv, sakit və mövcud qanunvericiliyə uyğun olaraq davam edir.

Trend-in məlumatına görə, bunu Moskvada MDB Parlamentlərarası Assambleyasında beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bugünədək hər hansı bir qayda pozuntusunun qeydə alınmadığını vurğulayıb: “Müşahidəçilərimiz prezidentliyə namizədlərin qərargahlarında olub, nümayəndələrlə görüşüb. Hər hansı bir şikayət və ya narazılıq olmayıb”.

O qeyd edib ki, hazırda MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupu 19 nəfərdən ibarətdir. Onlar Rusiya ərazisində uzunmüddətli müşahidəni həyata keçirir. Seçki gününədək qısamüddətli müşahidə prosesini həyata keçirənlərlə birgə qrup müşahidəçilərinin sayı 40 nəfərə çatacaq.

Z.Əsgərovun sözlərinə görə, qısmüddətli monitorinq zamanı müşahidəçilər diqqəti seçicilərin səsvermə proseduruna, səslərin sayılmasına və müxtəli səviyyələrdə səsvermənin yekunlarının elan olunmasına yönəldəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti