...

Ekspert: Azərbaycan Prezidenti regional ikitərəfli əməkdaşlığın çoxtərəfli formatlara çevirilməsinin analoqsuz nümunəsini TANAP-ın timsalında göstərdi

Nəzər nöqtəsi Materials 13 İyun 2018 15:13 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin TANAP elementi Azərbaycanın Avrasiya oxu boyunca əməkdaşlıq formatları yaratmaqda yeni təcrübəsini ortaya çıxaran layihədir.
Ekspert: Azərbaycan Prezidenti regional ikitərəfli əməkdaşlığın çoxtərəfli formatlara çevirilməsinin analoqsuz nümunəsini TANAP-ın timsalında göstərdi

Bakı. Trend:

"Cənub Qaz Dəhlizi"nin TANAP elementi Azərbaycanın Avrasiya oxu boyunca əməkdaşlıq formatları yaratmaqda yeni təcrübəsini ortaya çıxaran layihədir.

Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, regionun digər ölkələrindən fərqli olaraq Azərbaycan iki və çoxtərəfli əməkdaşlıq formatları yaratmaqda daha fəal və məhsuldar siyasət aparır:

"Regionumuzda Azərbaycandan başqa ölkə yoxdur ki, mütərəqqi ikitərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı, ya da yaradıcısı olsun. Azərbaycan regionda ikitərəfli əməkdaşlıqların bazasında üçtərəfli, hətta dördtərəfli formatlara yol açıb. "Cənub Qaz Dəhlizi" və TANAP-ın timsalında Azərbaycan diplomatiyası, şəxsən Prezident İlham Əliyev iki və üçtərəfli formatları 7 və ontərəfli əməkdaşlıq formatlarına çevirməkdə analoqu olmayan nəticələr göstərir. "Cənub Qaz Dəhlizi"ndə bu gün 7 ölkə iştirak edir, yaxın gələcəkdə 10, sonra isə daha çox ölkələr iştirak edəcək".

Ekspert qeyd edib ki, Avrasiya oxu boyunca Azərbaycanın ilk dəfə belə səviyyədə keyfiyyətlə yeni və geniş əməkdaşlıq formatı qura bilməsi iki mühüm faktorun sayəsində əldə olunub:

"Birincisi, Azərbaycan Prezidentinin dünya ölkələri ilə əməkdaşlıqda enerji ehtiyatlarının siyasi təzyiq vasitəsi kimi istifadə etmək əxlaqından tam uzaq olmasıdır. İkincisi, ümumi regional və qitə miqyasında inkişaf və təhlükəsizlik naminə özünü normal aparan bütün qonşularına balanslı yanaşmaqdır".

A.Quliyevin sözlərinə görə, Avrasiyanın enerji təhlükəsizliyi üzrə tədqiqatlar aparılanda məhz bu iki faktora görə Prezident İlham Əliyevin rolu xüsusi qiymət alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti