...

Dmitri Verxoturov: Paşinyan seçki ərəfəsində azlıqların dəstəyini almaq istəyir

Nəzər nöqtəsi Materials 23 Noyabr 2018 17:30 (UTC +04:00)
Ermənistanda cinsi azlıqların təbliği mövzusu bu gün gündəmdə olan və KİV-lərdə işıqlandırılan mövzudur
Dmitri Verxoturov: Paşinyan seçki ərəfəsində azlıqların dəstəyini almaq istəyir

Bakı. Mətanət Nəsibova - Trend:

Ermənistanda cinsi azlıqların təbliği mövzusu bu gün gündəmdə olan və KİV-lərdə işıqlandırılan mövzudur.

Yerevanda noyabr ayında planlaşdırılan cinsi azlıqların forumuna hakimiyyətin reaksiya verməməsi emosional şəkildə müzakirə olunur. Bundan başqa, Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın parlamentdə cinsi azlıqların nümayəndəsi barədə açıqlamaları da birmənalı qarşılanmadı.

Xatırladaq ki, Parisdə olarkən N.Paşinyan emiqrantla söhbət edərək onu Ermənistana geri qayıtmağa çağırmışdı. O isə cinsi azlıq nümayəndəsi olduğunu və Ermənistandan təzyiqlərə görə getdiyini deyib.

Bu mövzu Rusiyanın “Danışır Moskva” radiostansiyasında jurnalist Sergey Dorenko tərəfindən tənqid olunub. Rusiyalı jurnalist bildirib ki, N.Paşinyan cinsi azlıqlara münasibət məsələsində qeyri-müəyyən mövqe tutub və Yerevanda narazılığa səbəb olub.

Onun sözlərinə görə, Ermənistan vətəndaşları hesab edir ki, bu cür təbliğat milli dəyərlərə və prinsiplərə ziddir və cəmiyyətin özəyini dağıdır.

Bu məsələni rusiyalı politoloq, ictimai xadim Dmitri Verxoturov Trend-ə şərh edib.

Onun sözlərinə görə, Sergey Dorenko emosional çıxış etsə də, ümumilikdə haqlıdır:

“Paşinyanın siyasətçi mövqeyi yoxdur. O, cinsi azlıqlar barədə onların şəxsi həyat hüquqlarının pozulması kontekstində danışa bilərdi. Amma o, belə demədi. Əgər bu kontekstdə söhbət getsəydi, mübahisə olmazdır. Amma cinsi yönümlülüyə görə təqib olunduğu ilə fəxr etmək, milliyət və irqə görə təqiblərə məruz qalmaq fəxr etmək kimidir”.

O qeyd edib ki, cinsi azlıqların paradının və ya forumlarının keçirilməsi Avropada siyasi təzyiq vasitəsinə çevrilib:

“Paşinyan da bu vasitəni Ermənistanda istifadə etmək istəyir. Fikrimcə, Paşinyan Ermənistanda cinsi azlıqları öz müttəfiqinə çevirməyə cəhd edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti