...

Rosen Plevneliev: Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb, mühüm platformaya çevrilib

Nəzər nöqtəsi Materials 14 Mart 2019 15:38 (UTC +04:00)
Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb.
Rosen Plevneliev: Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb, mühüm platformaya çevrilib

Bakı. Elçin Mehdiyev - Trend:

Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb. Bunu Trend-ə Bolqarstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.

R.Plevneliev xatırladıb ki, forumda hazırkı, eləcə də sabiq dövlət və hökumət başçıları iştirak edir və dünya üçün mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Keçmiş Prezident vurğulayıb ki, Azərbaycan regionda mühüm rol oynayır: "Azərbaycan sülhün, tolerantlığın carçısıdır. Forumda səmərəli fikir mübadiləsi aparılır, təcrübələr ortaya qoyulur. Hesab edirəm ki, hər kəs burada iştirak etməkdən məmnundur".

O bildirib ki, artıq Qlobal Bakı Forumu xeyli inkişaf edib və dünyada mühüm bir platformaya çevrilib.

Qeyd edək ki, bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti