...

Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir - Livanlı vəkil

Nəzər nöqtəsi Materials 26 Oktyabr 2020 14:12 (UTC +04:00)
Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir - Livanlı vəkil

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir.

Bunu Trend-ə livanlı vəkil Tarik Şandib deyib.

Onun sözlərinə görə, bu cür ifadələr həm də bəşəriyyətə qarşı cinayətdir:

“BMT Baş Assambleyası və İnsan Haqları Şurası bu cinayəti dərhal pisləməlidir”.

Vəkil əlavə edib ki, E.Makron Beynəlxalq cinayət məhkəməsinə çıxarılmalı, İslam ölkələrindəki yerli məhkəmə orqanları isə müasir dövrdə nifrət və irqçilik zəmində ən qorxulu cinayəti törətmiş Makron barəsində araşdırma başlamalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti