...

"Eurovision" iştirakçılarının repetisiyalarının üçüncü günü başlayıb

Eurovision-2012 Materials 15 May 2012 12:42 (UTC +04:00)
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının repetisiyalarının üçüncü günü başlayıb.
"Eurovision" iştirakçılarının repetisiyalarının üçüncü günü başlayıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının repetisiyalarının üçüncü günü başlayıb.

Trend-in məlumatına görə, 8 ölkənin iştirak edəcəyi məşqlərə ilk olaraq Serbiyanın təmsilçisi Zeljko Joksimovic başlayıb.

Repetisiyadan sonra müğənnilər mətbuat konfransı keçirərək Bakı və məşqləri haqqında öz təəssüratlarını yerli və xarici jurnalistlərlə bölüşəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.

Gün boyu davam edəcək məşqlərdə, həmçinin Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna və Bolqarstandan olan təmsilçilər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti