...

Bosniya və Herseqovinanın "Eurovision 2012" təmsilçisi: Bakı və Sarayevo qardaş şəhərlərdir (MÜSAHİBƏ) (FOTO)

Eurovision-2012 Materials 21 May 2012 19:23 (UTC +04:00)
İkinci yarımfinalda bosniya dilində "Korake Ti Znam" ("Mən səni addımlarından tanıyacağam") mahnısı ilə çıxış edəcək Bosniya və Herseqovinanın "Eurovision 2012" təmsilçisi Maya Sar Trend-ə müsahibə verib.
Bosniya və Herseqovinanın "Eurovision 2012" təmsilçisi: Bakı və Sarayevo qardaş şəhərlərdir (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

İkinci yarımfinalda bosniya dilində "Korake Ti Znam" ("Mən səni addımlarından tanıyacağam") mahnısı ilə çıxış edəcək Bosniya və Herseqovinanın "Eurovision 2012" təmsilçisi Maya Sar Trend-ə müsahibə verib.

- Bu il Bakı və Sarayevonun qardaş şəhərlər olmasının 40 ili tamam olur. Bunu bilirdinizmi?

- Əlbəttə. Bakıya səfərdən öncə mədəniyyətiniz, incəsənətiniz və tarixiniz haqqında çoxlu materiallar oxudum. Şübhəsiz ki, paytaxtlarımızın qardaş şəhərlər olduğunu bilirdim. Sarayevoda Bakı küçəsi var, Bakıda isə Sarayevo. Ölkələrimiz çox oxşardır, çünki özlərində şərq və qərb mədəniyyətini birləşdirirlər. Düzünü etiraf etsəm, Bakıda gördüklərimdən yaxşı mənada xeyli təsirlənmişəm. Küçələr, parklar, fəvvarələr, binalar, restoranlar, mədəniyyət ocaqları - hamısı böyük hörmətə layiqdir. Mən Bakının gözəlliyinə, xüsusən də Bakı gecələrinə vuruldum. Çox gözəl mənzərədir!

- "Bakı Kristal Zalı" xoşunuza gəldimi?

- Böyük zalı və səhnəsi, işıq texnikası və gözəl akustikası olan möhtəşən müasir binadır. İnana bilmirəm ki, "Bakı Kristal Zalı" cəmi bir neçə ay ərzində tikilib. Sadəcə fantastikadır!

- Müsabiqədə favoritləriniz kimlərdir?

- Bunlar İsveç, Estoniya, İspaniya, Türkiyə, Albaniya və əlbəttə ki, Azərbaycan təmsilçiləridir. Mahnımın uğur qazanacağına və insanların ürəyinə yol tapacağına inanıram.

- "Eurovision"dan sonrakı planlarınız nədən ibarətdir?

- İstərdim ki, bir daha ecazkar ölkənizə gəlim və Azərbaycanın digər şəhərlərində olum. Həmçinin, milli mahnılarınız, xüsusən balabanda ifa çox xoşuma gəlir. Yeri gəlmişkən, müsabiqə mahnısını yazdıranda balabandan istifadə etmək istəyirdim, lakin təəssüf ki, onun heyranedici səsləri bu kompozisiyaya uyğun gəlmədi. Gələcəkdə Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq etmək istərdim.

Xəbər lenti

Xəbər lenti