...

Xarici jurnalistlər "Bakı Kristal Zalı"nın mətbuat mərkəzində yaradılmış şəraitdən razı qalıblar (FOTO)

Eurovision-2012 Materials 23 May 2012 00:33 (UTC +04:00)
"Burada bizim üçün çox gözəl şərait yaradılıb. Biz burada işə başlayanda, elə bildik burada yaxşı internet olmayacaq, lakin gördük ki, hər şey yüksək səviyyədə təşkil olunub", - bunu Trend-ə Niderlandın ən böyük media şirkətlərindən olan "sjb-media"nın təmsilçisi Spike Yan Bousema deyib.
Xarici jurnalistlər "Bakı Kristal Zalı"nın mətbuat mərkəzində yaradılmış şəraitdən razı qalıblar (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Mehdiyev/

Xarici jurnalistlər "Bakı Kristal Zalı"nın mətbuat mərkəzində yaradılmış şəraitdən razı qalıblar.

"Burada bizim üçün çox gözəl şərait yaradılıb. Biz burada işə başlayanda, elə bildik burada yaxşı internet olmayacaq, lakin gördük ki, hər şey yüksək səviyyədə təşkil olunub", - bunu Trend-ə Niderlandın ən böyük media şirkətlərindən olan "sjb-media"nın təmsilçisi Spike Yan Bousema deyib.

O qeyd edib ki, Azərbaycan hökuməti bu yarışmaya ev sahibliyi etmək üçün doğrudan da çox böyük işlər görüb.

"Reuters"in təmsilçisi Margarita Antidze isə qeyd edib ki, Azərbaycan "Eurovision 2012" mahnı müsabiqəsini işıqlandıran jurnalistlər üçün bütün lazımi şəraiti yaradıb.

"Biz burada yaradılmış bütün şəraitlə, o cümlədən quraşdırılmış texniki avadanlıqlardan çox razıyıq", - Antidze Trend-ə deyib.

Norveçin "NRK" televiziyasının əməkdaşı Raqna Nordenbarq isə xüsusən zalın yerləşdiyi ərazinin gözəlliyini bəyənib.

"Deyə bilərəm ki, hər şey yüksək səviyyədə təşkil olunub, çox rahat formada öz işimizi yerinə yetirə bilirik", - Nordenbarq Trend-ə bildirib.

San-Marinonun "SMtv" milli televiziyasının əməkdaşı Canmario Morosini yaradılmış şəraiti belə təsəvvür etmədiyini deyib.

"Düzünü desəm, şəraitin bu cür yüksək səviyyədə təşkil olunacağını gözləmirdim. Azərbaycan həqiqətən də müsabiqəyə çox yüksək səviyyədə hazırlaşıb", - Morosini Trend-ə bildirib.

Xəbər lenti

Xəbər lenti