...

"The Washington Post": "Eurovision" Azərbaycandakı islahatların nəticələrinin nümayiş olunması üçün ideal səhnədir

Eurovision-2012 Materials 24 May 2012 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Tariverdiyeva/

Bakı qəmgin sənaye imicindən xilas olaraq özündə Köhnə dünyanın İstanbul cazibədarlığını və Dubayın memarlıq nailiyyətlərini birləşdirən işgüzar həyatın enerji mərkəzinə çevrilib. Trend-in məlumatına görə, bu, ABŞ-ın məşhur "The Washington Post" qəzetində dərc olunmuş məqalədə qeyd olunur.

Qəzetin yazdığına görə, bundan başqa, Azərbaycanda ölkədəki dəyişikliklərin nəticələrinin nümayişi üçün mükəmməl səhnə meydana çıxıb, çünki Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilir.

Məqalədə qeyd olunur ki, füsunkar tamaşanı bütün dünyada 125 milyon insan izləyir. "Eurovision" 57-ci ildir keçirilir və müsabiqə 42 ölkədən populyar və gözəl ifaçıların epik döyüşünə çevrilir.

Qəzet yazır ki, Bakıda gecə bütün şəhər parlaq cəlala bürünərək bolluğun və özünə əminliyin şahidinə çevrilir.

Yenilənmiş arxitektur modern binalar və islam dövrünün binaları müasir konstruksiyalarla diqqət üçün mübarizədə üç göydələndən ibarət olan, axşam işıqlandırılan və ya teleekranlara çevrilən "Alov Qəsri" kimi bina kompleksləri ilə rəqabət aparırlar.

Qəzet yazır ki, yüksək keyfiyyətli restoranlar və eksklüziv geyimlər dükanları ölkədə iki onillikdəki neft bumu sayəsində firavan yaşayan, sürətlə artan və varlı elitanın olmasından xəbər verir.

"Ölkə hələ XIX əsrin sonunda aralarında amerikalıların da olduğu mədən kəşfiyyatçılarını özünə cəlb edib. Azərbaycan özünün coğrafi mövqeyi və zəngin faydalı qazıntıları sayəsində tarixən standart olmayan böyük rol oynayıb", - qəzet yazır.

Xəbər lenti

Xəbər lenti